Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Apellyasiya komissiyasının fəaliyyətə başlayacağı tarix açıqlanıb

Apellyasiya komissiyasının fəaliyyətə başlayacağı tarix açıqlanıb


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayacaq.

Newscenter.az xəbər verir ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər 9 sentyabr 2025-ci il və 10 sentyabr 2025-ci il tarixlərində saat 14:30-16:30 aralığında BŞTİ-yə yaxınlaşaraq komissiyaya müraciət edə bilərlər.

Müraciət edən hər bir şəxsin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi), təhsilini və iş fəaliyyətini (olduğu təqdirdə) təsdiq edən sənədləri özü ilə gətirməsi vacibdir.

Müsahibədə iştirak etmiş şəxslərin nəticələri barədə məlumat onların qeydiyyatdan keçdikləri telefon nömrəsinə SMS vasitəsilə göndərilib.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş