Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qalib kimi davrana bilməliyik

Qalib kimi davrana bilməliyik


"Biz qalib kimi davrana bilməliyik. Cənab Prezident İlham Əliyev artıq bütün çətin işləri geridə qoyub. İndi qarşıda duran məsələ sülh müqaviləsinin imzalanmasıdır".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Millət vəkili bildirib ki, indi bölgədə sülhün, sabitliyin tam təmin olunmasının zamanıdır:

"Buna isə Cənab Prezident İlham Əliyev nail oldu. Birləşmiş Ərəb Əmirliklərindən başlanan yol Vaşinqtonda tamamlandı, rəsmiləşdi. Azərbaycan bir daha özünü qalib ölkə kimi sübuta yetirdi".

Millət vəkili deyib ki, qalib ölkə, onun vətəndaşları da özünü qalib kimi təsdiq etməli, bu cür davrana bilməlidir".

Bəhruz Məhərrəmov deyib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Çində Ermənistanın baş nazirinin xanımı ilə əl sıxması da öz-özlüyündə qalib kimi davranışın örnəyidir.

Süleyman
Xəbəri paylaş