
"Azərbaycan cəmiyyəti əsrlər boyu ailə dəyərləri və ənənələr üzərində formalaşıb. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, böyüyə hörmət, ailə bağlarının möhkəmliyi bizim milli kimliyimizin əsas dayaqlarıdır. Amma təəssüf ki, bu gün mediada və bəzi şou proqramlarda ailə dəyərlərini aşağılayan, ənənələrimizlə ziddiyyət təşkil edən nümunələrə tez-tez rast gəlirik".
Newscenter.az xəbər verir ki, bunları "Gənclərin Töhfəsi" ictimai birliyinin sədri Asim Vəliyev deyib. O bildirib ki, ailə institutunu sarsıdan, yad mədəniyyət nümunələrini “örnək” kimi təqdim edən bu yanaşmalar milli mənəviyyatımıza zərbə vurur:
"Sual yaranır. Niyə hələ də belə halları məhdudlaşdıran mexanizmlər tam şəkildə formalaşmayıb? Əgər dövlət və ictimaiyyət bu məsələdə birgə addım atmasa, milli-mənəvi dəyərlərimizin qorunması çətinləşəcək. Ailəni qorumaq sadəcə sosial məsələ deyil, həm də milli təhlükəsizlik məsələsidir".
Süleyman