
ABŞ və müttəfiqləri planlaşdırıldığı kimi İraqdakı hərbi varlığını azaldacaq
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib. O deyib ki, bu aksiya İŞİD-ə qarşı mübarizədəki ümumi uğuru əks etdirir.
Onun qeyd etdiyi kimi, ABŞ və koalisiya tərəfdaşları Amerika prezidentinin göstərişinə və ikitərəfli hərbi komissiyanın qərarına uyğun olaraq İraqdakı hərbi missiyalarını azaldacaqlar. Parnellin sözlərinə görə, Vaşinqton administrasiyası Bağdadla ikitərəfli əməkdaşlığa məsuliyyətli keçidi təmin etmək üçün İraq hökuməti və koalisiya üzvləri ilə yaxından əlaqələndirməyə davam edəcək.
Mehman Mehdiyev