
Filippində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 60-a çatıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Filippinin Mülki Müdafiə Agentliyi məlumat yayıb.
Mülki Müdafiə Agentliyinin katibinin müavini Bernardo Alejandro bildirib ki, ölənlərlə bağlı getdikcə daha çox məlumat daxil olur.
"Ölənlərin sayı getdikcə artır. Bizə 60 nəfərin öldüyü barədə məlumat daxil olub", - deyə Bernardo Alejandro bildirib
Qeyd edək ki, ötən gün Filippində 6,9 bal gücündə baş verib.
Mehman Mehdiyev