Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalqı aldatmaqla məşğul olan popülistlər

Xalqı aldatmaqla məşğul olan popülistlər


Xəyanət edən insanı, peşman olsa belə, bağışlamaq olmaz. Çünki xəyanət edən, xəyanət etdiyinə görə deyil, xəyanət üstündə tutulduğu üçün peşman olur. Bu ifadəni hardansa oxumuşam; bu günün reallıqlarını əks etdirir və birbaşa sahiblərinə aid olan, yəni xəyanətkar xislətini bütün vücuduna hopduran insanların mahiyyətini izah edir.
Xəyanət heç vaxt qəbul olunmayan, babalarımızdan bizə əmanət qalan dürüstlüyün düşmənidir. Xəyanətkarların davamlı xəyanətlərini bu ölkədə hamı görüb, eşidib və bilir. Babalardan danışdım, çünki səbəbi ordadır.
Bu gün bu ölkədə o babaların, o dəyərlərin daşıyıcıları o qədər çoxdur ki, sizi ciddiyə almırlar. Çünki siz orada görünmürsünüz. Göründüyünüz yerlərdə isə yeriniz bəllidir müasir dövrün təlqin etdiyi ən ucuz məkanda öz iç üzünüzü göstərirsiniz. Əslində bu ifadələri işlətmək istəməzdim, amma yerinizə kim olsaydı, oturduğunuz xəyanət kürsüsündə öz layiq olduğu adı qəbul edərdi.

Ay, xəyanət taxtında oturub millətə ağıl vermək istəyən zavallılar! Sizin özünüzdən, yaxın ətrafınızdan belə xəbəriniz yoxdur. Çünki bu, artıq ictimailəşib hamının telefonlarında yayılan, açıq şəkildə müzakirə olunan mesajlar toplusunda çılpaqlığı ilə görünür. Ora nə parlamentdir, nə seçki meydanı, nə tribuna, nə də siyasət səhnəsi… Bura vicdan meydanıdır, vicdan məhkəməsidir. Siz isə orada ömürlük həbsə məhkum olunmuş, cinayətkarlar yuvasında özünüz üçün yer tapan müttəhimlərsiniz.Siz ittihamnamənizi öz əlinizlə, addımlarınızla yazmısınız. Onu pozmaq mümkün deyil. Çünki hələ ki, o silgi ixtira olunmayıb və bu millət yaşadıqca da, olunmayacaq.

Rəngli bayraqları özünüzə mənəvi bayraq seçənlər, iki cütlük yadınıza salın.

Yaşadığınız aləmdə qəbul etdiyiniz mənəviyyatsız maraqlar yalnız siyasi qısırlara aiddir. Siz kimsiniz ki, bu xəyanət bataqlığından hoppanıb milli birlikdən, həmrəylikdən, ərazi bütövlüyündən danışasınız? Buna nə haqqınız, nə də istəyiniz var. Sadəcə növbəti manipulyasiya sükanınızı işə salıb ürək bulandırmayın.

Ey xalqı aldatmaqla məşğul olan populistlər!

Ən azı ən yaxın ətrafınıza baxın və bir düşünün: Sizin siyasi və mənəvi haqqınız varmı “həmrəyliyə kömək etdik”, “milli birliyə dəstək verdik” deməyə?

Əgər bunu edə bilirdinizsə, həmin həmrəyliyi öz ətrafınızda yaradardınız. O mənəvi birliyi hamı tanıyır, amma siz özünüzü tanıya bilmədiniz.

Azərbaycanda milli birliyi və həmrəyliyi 20 ildən artıqdır ki, xalqın etimad göstərdiyi cənab Prezident İlham Əliyev yaradıb və bu birliyin əbədi olması üçün hər kəs öz tövhəsini vicdanla verməlidir.

Ramil Hüseynov
Xəbəri paylaş