Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

STEAM layihəsi paytaxt üzrə 200 minə yaxın şagirdi əhatə edir

STEAM layihəsi paytaxt üzrə 200 minə yaxın şagirdi əhatə edir


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 219 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilir.

Newscenter.az xəbər verir ki, layihə BŞTİ-nin tabeliyindəki məktəblərdə 7 109 sinif üzrə 200 minə yaxın şagirdi əhatə edir.

Layihə çərçivəsində keçirilən STEAM Azərbaycan Festivalında BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 64 şagird fərqlənib. Onlardan 43 nəfər I, 65 nəfər II, 49 nəfər III yerə layiq görülüb. 108 şagird isə xüsusi nominasiyalar üzrə medal və hədiyyələr qazanıb.

Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş