
Ukraynanın Avropa İttifaqına qəbulu ilə bağlı danışıqlar yaxın həftələrdə başlaya bilər.
Newscenter.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Aİ liderləri danışıqların birinci mərhələsinin başlanması üçün şərtlərin yerinə yetirildiyi barədə razılığa gəliblər. Lakin üzvlük üçün konkret bir müddət göstərilməyib.
Daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin tam üzvlüyə ümid etdiyini və assosiativ status seçimini rədd etdiyini bildirmişdi. Lakin Aİ Ukraynanın sürətləndirilmiş üzvlüyünə şübhə ilə yanaşır.
Anar











































