Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı ordunun ehtiyaclarına uyğunlaşdırılmışdı

Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı ordunun ehtiyaclarına uyğunlaşdırılmışdı


"Bildiyiniz kimi, mayın 9-da faşizm üzərində Qələbənin 81 illiyi qeyd olundu. Qələbənin əldə edilməsinə Azərbaycan xalqı böyük töhfələr vermişdir. Müharibə dövründə Azərbaycandan 700 minə yaxın adam cəbhəyə çağırılmışdır. Azərbaycanlılardan ibarət 5 milli diviziya yaradılmışdır. 320 minə qədər həmvətənimiz döyüş meydanlarından geriyə qayıtmamışdır.

Əsgər və zabitlərimiz döyüş meydanlarında misilsiz qəhrəmanlıq və şücaət göstərmişlər. Həmvətənlərimiz 400 mindən çox döyüş ordenləri və medalları ilə təltif edilmiş, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasında çıxışı zamanı deyib. O bildirib ki, müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı ordunun ehtiyaclarına uyğunlaşdırılmışdı:

"Bakıdan cəbhəyə 75 milyon ton neft və 22 milyon ton benzin göndərilmişdir. Azərbaycan yanacağı Qələbənin əldə edilməsində əvəzsiz rol oynamışdır.

İkinci Dünya müharibəsinin veteranları dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunmuşlar. Biz onlara möhkəm can sağlığı arzulayırıq. Müharibə dövründə həlak olmuş həmvətənlərimizin əziz xatirəsini ehtiramla yad edirik.

O müharibədən 75 il sonra Azərbaycan xalqının övladları qəhrəmanlıq ənənələrini İkinci Qarabağ müharibəsi günlərində də nümayiş etdirmişlər. Nəsillər arasında əlaqə, milli-mənəvi dəyərlərə sədaqət və öz torpağı uğrunda fədakarlıq xalqımızın yenilməz ruhunun rəmzinə çevrilmişdir".

Süleyman
Xəbəri paylaş