
ABŞ Prezidenti Donald Tramp bu il Rusiyaya səfər edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, O, bu açıqlamanı Çinə yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.
"Bu, baş verə bilər. Mən Ukraynada nizamlanmaya nail olmaq üçün lazım olan hər şeyi edəcəyəm", - deyə Amerika lideri bildirib.
Tramp, "Düşünürəm ki, biz Rusiya ilə Ukrayna arasında nizamlanmaya nail olacağıq", - deyə jurnalistin sualına cavabında vurğulayıb.
Amerika liderinin sözlərinə görə, Ukraynada razılaşma daha da yaxınlaşır.
Anar










































