Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək

II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək


İyunun 25-də “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək.

Newscenter.az xəbər verir ki, forumda İraq, Suriya, Livan və Türkiyədən 30 nəfərə yaxın vətəndaş cəmiyyəti təmsilçisinin iştirakı nəzərdə tutulur. Tədbir türkman irsinin qorunması, ortaq tarixi-mədəni dəyərlərin təbliği, vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi məqsədini daşıyır.

Forum çərçivəsində “Nə yaxınmış uzaqlar!”, “Köklərdən gələcəyə körpü” adlı panel müzakirələri aparılacaq.

Forumdan əvvəl – iyunun 23-24-də qonaqlar Naxçıvana səfər edəcək, AMEA-nın Naxçıvan Bölməsində “Türkman irsi: dil, mədəniyyət və tarix” mövzusunda elmi müzakirədə iştirak edəcək, daha sonra Naxçıvanın zəngin tarixi-mədəni irsini əks etdirən bir sıra görməli məkanları ilə tanış olacaqlar.

Süleyman
Xəbəri paylaş