
Son illərdə xaricdə təhsil almaq istəyən özbəklərin sayı azalıb.
Newscenter.az Özbəkistanın Milli Statistika Komitəsinə istinadən bildirir ki, 2026-cı ilin ilk dörd ayında bu sahədə əhəmiyyətli dərəcədə azalma müşahidə olunub.
Bildirilir ki, cari ilin yanvar-aprel aylarında Özbəkistanın 7355 vətəndaşı təhsil almaq üçün xaricə səyahət edib. Bu rəqəm 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2600 nəfər və ya 26,2% azalıb.
Təhlilə görə, özbəklər əsasən coğrafi cəhətdən yaxın, yüksək keyfiyyətli təhsilə malik və tələbələrin təhsili üçün əlverişli şərait yaradan ölkələri seçirlər. Bu sırada Qırğızıstan, Rusiya, Koreya Respublikası, Türkiyə və Tacikistan ilk beşlikdə qərarlaşır. Sonrakı yerdə isə Çin və Böyük Britaniya gəlir.
Məlumata görə, son illərdə Türkiyə və Çindəki universitetlər də özbək tələbələri üçün cəlbedici təhsil məkanlarına çevrilib.
Süleyman











































