
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı erkən seçki çağırışlarını normal hesab etməyib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, partiyasının parlament qrup iclasında çıxışı zamanı partiya sədri, "Əhəmiyyətli olan seçkilərin vaxtında keçirilməsidir",-deyə vurğulayıb.
Baxçalı qeyd edib ki, partiyası prezidentin arxasındadır:
"Müzakirə olunan hər bir məsələnin aydınlaşdırılmasının və Türkiyənin sabitlik içində böyüyən bir ölkəyə çevrilməsinin lazımdır. Bu arada prezidentliyə yeni namizədlər kimi müxtəlif adlar ortaya çıxır. Bunlara əsasən müzakirələr və hesablamalar aparılır. Sanki millət seçkidən əvvəl seçkiyə gətirilmiş kimi təqdim olunur. Bu, doğru deyil".
Süleyman











































