
Kəlbəcər rayonunda mina partlayışı olub, xırdabuynuzlu heyvanlar xəsarət alıb.
Newscenter.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Laçınla sərhəd ərazidə qeydə alınıb.
Hadisə nəticəsində insanlar arasında xəsarət alan olmasa da, ancaq üç baş xırdabuynuzlu heyvan yaralanıb.
Qeyd edək ki, həmin ərazidə oxşar hadisələr daha əvvələr də baş verib.












































