Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan prezidenti Qazaxıstana işgüzar səfər edəcək

Özbəkistan prezidenti Qazaxıstana işgüzar səfər edəcək


Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Qazaxıstana işgüzar səfər edəcək.

Newscenter.az Özbəkistan Prezidentinin Mətbuat Xidmətinə istinadən bildirir ki, səfər Respublikasının Prezidenti Qasım-Jomart Tokayevin dəvəti ilə baş tutacaq. İyulun 29-da baş tutacaq səfərdə məqsəd Astanada keçiriləcək üçüncü beynəlxalq “Gələcəyin Oyunları” yarışının açılış mərasimində iştirakdır.

Ənənəvi idman növlərini və onların rəqəmsal formalarını birləşdirən “Gələcəyin Oyunları”
yarış 29 iyul - 9 avqust tarixlərində Özbəkistan idmançıları da daxil olmaqla 50-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Süleyman
Xəbəri paylaş