Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağ Evdə Tramp və Netanyahunun görüşü başlayıb

Ağ Evdə Tramp və Netanyahunun görüşü başlayıb


ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun Ağ Evdə görüşə başlayıb.

Newscenter.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası Kan məlumat verib.

Məlumata görə, Netanyahu Ağ Evə xidməti girişdən daxil olub. Kan iddia edir ki, bu, Amerika tərəfinin görüşdə heç bir media qurumunun iştirak etməməsindən irəli gəlir. İsrail dövlət televiziyasının məlumatına görə, Tramp və Netanyahu arasında birgə mətbuat konfransı da gözlənilmir.

Qeyd edək ki, bu günkü görüş Trampın yenidən Amerika lideri seçilməsindən bəri səkkizincidir.

İyulun 27-də İsraildən ABŞ-a yola düşməzdən əvvəl Netanyahu Trampla gündəmdəki bütün məsələləri, ilk növbədə İranı müzakirə etmək niyyətində olduğunu bildirib.

Anar
Xəbəri paylaş