Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ceparatçılığa cəhd göstərən bütün xainlər layiqli cəzalarını alacaqlar

Ceparatçılığa cəhd göstərən bütün xainlər layiqli cəzalarını alacaqlar


Bu separatçı parazitlərdən, insanlıq düşmənlərindən neçə vaxt idi ki, heç bir soraq yox idi.

Çünki Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan, Bako Sahakyan və digərləri isə 20 il, 18 il, 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Lakin hiyləgər erməni xarakteri bütün hallarda özünü büruzə verir. Bunlar da indi yeni hiyləyə əl atıblar, barələrindəki cəza hökmlərindən apellyasiya şikayətləri verərək məhkəmə hökmlərinin ləğv olunmasını və bəraət hökmünün çıxarılmasını istəyirlər. Eyni zamanda, buna paralel surətdə erməni lobbisi mətbuat və sosial şəbəkələr üzərindən anti-Azərbaycan təbliğatı apararaq bu cinayətkarları "hərbi əsir", "girov" kimi təqdim edir və dünya birliyinin diqqətini onların həbsdən azad olunmasına yönəltməyə çalışır.

Lakin iyulun 28-də Bakı Apellyasiya Məhkəməsində sözügedən erməni əsilli cinayətkarların apellyasiya şikayətləri üzrə keçirilən məhkəmə baxışı zamanı çıxış edən prokurorlar qeyd ediblər ki, iş üzrə toplanmış mötəbər sübutlar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanuni və əsaslı olduğunu təsdiqləyir, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə öz təsdiqini tapmayıb.

Daha sonra çıxış edən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı bildirib ki, birinci instansiya məhkəməsinin çıxardığı ittiham hökmü həm milli qanunvericiliyin, həm də beynəlxalq hüququnun ümumtanınmış prinsip və normalarının tələblərinə tam uyğundur. Prokuror həmçinin vurğulayıb ki, ifadələr, ekspert rəyləri, protokollar, maddi sübutlar, sənədlər, video və fotomateriallar qarşılıqlı şəkil və məcmu halında araşdırılıb, hökm hər bir təqsirləndirilən şəxsin konkret əməlləri, ittiham olunduqları cinayətlərdə iştirak forması və iş üzrə müəyyən edilmiş faktlar əsasında çıxarılıb.

Dövlət ittihamçısı tamamilə haqlı olaraq apellyasiya şikayətlərinin təmin edilməməsini, Bakı Hərbi Məhkəməsinin ittiham hökmünün isə dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edib. Bu da o deməkdir ki, bu şəxslərin Azərbaycan xalqına qarşı, sülh və insanlığa qarşı çoxsaylı cinayətləri danılmaz faktlarla sübut olunub. Bu separatçı-ter*orçu ünsürlər öz layiqli cəzalarını axıra qədər çəkməlidirlər. Cinayəti sübut olunmuş ermənilərin Azərbaycan xalqının və dövlətinin humanist xarakterindən hiyləgərcəsinə sui-istifadə etmək cəhdləri yersizdir. Vandalizm və soyqırımına yol vermiş bu irqçi-faşistlərin bəraət şansları yoxdur. Onların aqibəti hazırda Azərbaycanda etnik separatçılığı körükləməyə çalışan digər şəxslərə də ömürlük dərs olmalıdır. Ceparatçılığa cəhd göstərən bütün xainlər layiqli cəzalarını alacaqlar.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş