
Rusiya Çin və Hindistan da daxil olmaqla tərəfdaşlarla nadir torpaq elementlərinin dərin emalı üzrə Anqara-Yenisey klasterindəki layihələrlə bağlı danışıqlar aparır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası (TŞ) katibinin müavini Aleksandr Maslennikov deyib.
O. "Vedomosti"yə verdiyi müsahibədə bildirib ki. dialoq həm dövlət səviyyəsində, həm də şirkətlər arasında aparılır.
Maslennikov qeyd edib ki, məqsəd Rusiyanın maraqların yüksək keyfiyyətli inteqratoru kimi çıxış edə biləcəyi və tərəfdaşları layihələr ətrafında bir araya gətirə biləcəyi bir model hazırlamaqdır.
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini müəyyən məhdudiyyətlərin olduğunu vurğulayıb:
"Bunlara texnologiyaya çıxış, ödəniş məsələləri. eləcə də ABŞ və AB-dən ikinci dərəcəli sanksiyalar riski daxildir".
Anar












































