Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə daha bir bələdiyyə sədri həbs edildi

Türkiyədə daha bir bələdiyyə sədri həbs edildi


Türkiyədə daha bir bələdiyyə sədri və yaxın ətrafı həbs edilib.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən Üsküdar Bələdiyyəsində tikinti icazəsi və yaşayış icazəsi proseslərindəki qanun pozuntuları iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində bələdiyyə sədri Sinem Dedetaş da daxil olmaqla 6 şübhəli saxlanılıb.

İstintaqdan sonra Dedetaşa qarşı rüşvət, mənimsəmə və cinayət törətmək məqsədilə təşkilat qurmaq və idarə etmək ittihamları ilə araşdırma başladılıb.

İddia olunur ki, Sinem Dedetaşın müşaviri və "Kent" şirkətinin baş direktoru yaşayış icazəsi üçün podratçılardan rüşvət alıb.

Anar
Xəbəri paylaş