Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMW iş yerlərini ixtisar edəcək

BMW iş yerlərini ixtisar edəcək


Almaniyanın BMW avtomobil istehsalçısı xərclərin azaldılması proqramı çərçivəsində 2027-ci ilə qədər dünya üzrə təxminən 8000 iş yerini ixtisar etməyi planlaşdırır.

Newscenter.az xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb. Agentlik şirkət mənbələrinə istinadən bildirib ki, Almaniyada işçi qüvvəsinin ixtisarı təbii azalma, eləcə də işdənçıxarma ödənişi ilə könüllü ayrılma proqramı vasitəsilə həyata keçiriləcək.

Könüllü ayrılma proqramının 2026-cı ilin oktyabrından 2027-ci ilin sonuna qədər davam etməsi planlaşdırılır. Bu, Almaniyada istehsalatda birbaşa iştirak etməyən bütün işçilərə şamil edilir. BMW-nin təxminən 154.000 işçisinin yarıdan çoxu Almaniyada işlədiyindən və kompensasiya proqramının məhz burada tətbiq olunduğu üçün, sonda işdən çıxarılan işçilərin yarıdan çoxunun Almaniya müəssisələrində olması ehtimalı var.

Qeyd edək ki, uzun müddət BMW genişmiqyaslı iş yerlərinin ixtisarından yayınmağı bacaran sonuncu böyük Almaniya avtomobil istehsalçısı olaraq qaldı. Keçən il Volkswagen, Mercedes-Benz, Audi və Porsche kimi böyük avtomobil istehsalçıları işçilərinin ixtisarını elan etdilər. Volkswagen artıq ikinci ixtisar dalğasını müzakirə edir.

Anar
Xəbəri paylaş