
İtaliyanın Milli Gələcək Partiyası Ukraynaya bütün hərbi yardımların dayandırılmasını tələb edən qətnaməni ölkə parlamentinə təqdim edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, qətnamədə qəti şəkildə Ukraynaya gələcəkdə silah və hərbi təchizatın dayandırılması tələb olunur:
"Uzun illər davam edən münaqişədən sonra hər kəsə aydındır ki, eskalasiya strategiyası sülhə gətirib çıxarmayıb. Əksinə, bu, müharibəni uzadıb. Mövcud vəziyyət İtaliyanın xərclərini artırıb və diplomatik həll imkanını gecikdirib", -deyə partiyanın təqdim etdiyi qətnamədə qeyd edilir.
Milli Gələcək həmçinin İtaliya vətəndaşlarının resurslarının ölkənin ehtiyaclarına yönəldilməsinə çağırıb. Ailələrə dəstək, biznesə kömək, səhiyyə və sərhəd təhlükəsizliyi kimi məsələləri ön plana çəkib. Partiya hesab edir ki, Roma Ukrayna münaqişəsinin həlli üçün diplomatik təşəbbüslərdə fəal iştirak etməli və sülh danışıqlarını asanlaşdırmalıdır.
Anar










































