Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ana dili bir millətin özünü təsdiqi, var olması və özünəməxsusluğu deməkdir

Ana dili bir millətin özünü təsdiqi, var olması və özünəməxsusluğu deməkdir


.Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da avqustun 1-inin Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında fərman imzaladı.Həmin fərmandan sonra Ana dili günü rəsmi səviyyədə qeyd olunur. Ana dili bir millətin özünü təsdiqi, var olması və özünəməxsusluğu deməkdir. Dil ölərsə millət də yaşamını, varisliyini və mövcudluğunu itirər. Bu gün dünyada Azərbaycan türkcəsi 50 milyondan çox insanın doğma dilidir. Bu dil dünya elminə, mədəniyyətinə, ictimai fikrinə böyük töhfələr verib.

Bununla belə İranda, Cənubi Azərbaycanda hələ də Azərbaycan türkcəsinə tətbiq olunan qadağalar qalır. Halbuki 90 milyonluq İran əhalisinin 52 faizi, yəni 40 milyona yaxını bu dilin daşıyıcısıdır. Ümid edirəm ki, İranda Azərbaycan türkcəsinin dövlət dili statusu alacağı gün çox da uzaqda deyil.

Yeri gəlmişkən, H.Əliyevin Azərbaycanın tarixinə, mədəniyyətinə, kimliyinə bu qədər diqqət göstərməsi, onun dövlətinə, dövlətçiliyinə, xalqına və millətinə sıx bağlılığının, həmçinin müdrikliyinin göstəricisidir. Məhz onun sərəncamları ilə Bayraq Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi əlamətdar günlərin rəsmiləşdirilmişdir. Sərəncamlarla Heydər Əliyev həm də özünü Azərbaycanın tarixində və Azərbaycan xalqının yaddaşında əbədiləşdirib.

Əli Orucov
Xəbəri paylaş