Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir


Azərbaycan Respublikasının Energetika Nazirliyi enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə təsərrüfat subyektlərində, həmçinin binalarda (qurğularda) enerji auditinin həyata keçirilməsi ixtisas kateqoriyaları üzrə attestasiya elan edir.

Newscenter.az nazirliyə istinadən bildirir ki. attestasiya təsərrüfat subyektlərində enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə 17 sentyabr 2026-cı il tarixində saat 12:00-da, binalarda (qurğularda) enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə isə 18 sentyabr 2026-cı il tarixində saat 12:00-da Energetika Nazirliyində keçiriləcəkdir.

Son müraciət tarixi: 01.09.2026-cı il

Attestasiyada iştirakı təsdiq edilmiş namizədlər və namizəd qismində müraciət edəcək şəxslər əlavə məlumatları aşağıdakı mənbələrdən əldə edə bilərlər:

Attestasiya Proqramı (təsərrüfat subyektləri üzrə)
Attestasiya Proqramı (binalar (qurğular) üzrə)

Bələdçi
İxtisas Attestatının əldə edilmə qaydası

Namizədlər attestasiyanın keçiriləcəyi yerə 15 dəqiqə öncədən yaxınlaşmalı və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidirlər.

Süleyman
Xəbəri paylaş