
26 iyundan bəri Pakistanda yağan güclü yağışlar və əlaqəli hadisələr nəticəsində ən azı 151 nəfər ölüb, 448 nəfər yaralanıb.
Newscenter.az xəbər verir ki, bu barədə Pakistanın Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi məlumat verib. İdarənin məlumatına görə, təbii fəlakətin əsas zərbəsi şimal-qərbdəki Xayber Paxtunxva əyalətinə dəyib və musson yağışları nəticəsində 64 nəfər ölüb. Şərqi Pəncab əyalətində isə 53 nəfər həlak olub.
Daşqın suları təxminən 1300 binaya ziyan vurub ki, bunlardan 400-dən çoxu tamamilə dağılıb. Daşqınlar təxminən 27 kilometrlik yolu yuyub aparıb və 37 körpünü dağıdıb. İdarədən bildirilib ki, iyun ayının sonundan bəri ölkə daxilində 207 xilasetmə əməliyyatı aparılıb və 4000-dən çox insan xilas edilib.
Anar











































