
Yəmənin Ənsar Allah hərəkatından olan Husi üsyançıları və İraq silahlı qrupları İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən koordinasiya edilərək Səudiyyə Ərəbistanına hücumlar hazırlayırlar.
Newscenter.az xəbər verir ki, belə bir iddia ilə Əl-Ərəbiyyə televiziya kanalı rəsmi Səudiyyə mənbəyinə istinadən çıxış edib.
"Husilər və İraq qrupları, eləcə də İİKK arasında krallığa hücumlara hazırlıq üçün koordinasiya barədə etibarlı və geniş kəşfiyyat məlumatları mövcuddur", - deyə telekanal bildirib.
Qeyd edilib ki, bu məlumat Ər-Riyadın gərginliyin azaldılması və sülh yolu ilə həllin təşviqi səylərini davam etdirdiyi və danışıqların müsbət irəlilədiyi bir vaxta təsadüf edir. Səudiyyə Ərəbistanı isə öz növbəsində hər hansı bir təcavüzə qarşı bütün zəruri tədbirləri görməkdən çəkinməyəcəyini vurğulayıb.
Anar











































