Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya ilə Çini kanat yolu birləşdirəcək:Putin

Rusiya ilə Çini kanat yolu birləşdirəcək:Putin


Amur çayı üzərindən keçəcək və Rusiyanın Blaqoveşçensk şəhəri ilə Çinin Heyxe şəhərini birləşdirəcək kanat yolu layihəsi həyata keçiriləcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. Kreml rəhbəri bu layihəni əlamətdar hesab edib.

"Bu, mütləq mənada yaxşı, əlamətdar bir layihədir. Biz bunu mütləq milli səviyyədə qeyd edəcəyik. Həmçinin, Çindən olan dostlarımızla danışacağıq ki, bu, əhəmiyyətli bir hadisə olsun", - deyə Putin bildirib.

Kreml rəhbəri kanat yolunun açılışında iştirak etmək üçün Çinə səfər edəcəyini də istisna etməyib.

Anar
Xəbəri paylaş