
ABŞ İrandakı daxili siyasi vəziyyətin inkişafı ilə bağlı proqnozlarını səhv hesablayıb. Çünki qiymətləndirmə zamanı süni intellekt qiymətləndirmələrinə və digər qərəzli məlumatlara əsaslanıb".
Newscenter-az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkyan deyib. Onun sözlərinə görə, düşmən ölkəsində aclıq, talan, sosial çöküş, qeyri-sabitlik və zülmə səbəb ola biləcəyini düşünürdü:
"Lakin süni intellekt, casus şəbəkələrindən və agentlərdən əldə edilən məlumatlara əsaslanan hesablamaları bir-birinin ardınca uğursuz oldu".
İran prezidenti əmin olduğunu bildirib ki, Birləşmiş Ştatlar bundan sonra da İslam Respublikası ilə bağlı planlarını həyata keçirə bilməyəcək və Tehran düşmənə layiqli cavabını verəcək.
Anar












































