
Özbəkistan 2026-cı ilin yanvar-iyun aylarında 57 ölkəyə 60 milyon dollar dəyərində kişmiş ixrac edib.
Newscenter.az Özbəkistanın Milli Statistika Komitəsinə istinadən bildirir ki, Özbəkistan kişmişinin əsas alıcıları Qazaxıstan, Çin, Rusiya, Türkiyə və İrandır. Keçən ilin eyni dövrü ilə müqayisədə ixrac həcmi 704,5 ton artıb.
Ölkə həmçinin dünya kişmiş bazarında ən böyük ixracatçılardan biridir. BMT-nin ticarət bazasına görə, Özbəkistan 2024-cü ildə 53.000 ton kişmiş ixrac edib və bu məhsulun ixracına görə dünyada 7-ci yerdədir.
Həmin il Türkiyə kişmiş ixracında 205,9 min tonla liderlik edib. Sonrakı yerləri 81,7 min tonla Cənubi Afrika, 76,4 min tonla Çin, 59,1 min tonla Çili, 55,6 min tonla Hindistan və 53,7 min tonla ABŞ tutub.
Süleyman












































