
Qazaxıstanda təhsil müəssisələri ilə əlaqəli qeydə alınan qida zəhərlənməsi hallarının sayı 2026-cı ilin ilk yeddi ayında dörd dəfə azalıb.
Newscenter.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat verib. Bildirilib ki, bu nəticə uşaqların qaldığı müəssisələr üzərində dövlət nəzarətinin gücləndirilməsi nəticəsində əldə edilib.
"2025-ci ilin ilk yeddi ayında 8 hadisə qeydə alınıb, 118 uşaq zərər çəkib. 2026-cı ilin eyni dövründə isə 2 hadisə qeydə alınıb, 13 uşaq zərər çəkib", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Manqistau bölgəsindəki təhsil müəssisələrində qida zəhərlənməsi hallarının çoxluğundan sonra dövlət uşaqların sağlamlığının qorunmasına yönəlmiş bir sıra əlavə tədbirlər qəbul edib.
2026-cı il fevralın 1-dən uşaqların qaldığı müəssisələr üzərində dövlət nəzarəti üçün xüsusi prosedur nəzərdə tutan qanunun qüvvəyə minməsi sanitariya tələblərinə riayət olunmasına nəzarəti gücləndirməyə və potensial təhlükələri vaxtında müəyyən etməyə imkan verib.
Nazirlikdən bildirilib ki, 1 sentyabr 2026-cı il tarixindən etibarən təhsil müəssisələri Qidalanma Standartından və bir neçə seçimdən ibarət model perspektiv menyusundan istifadə edəcəklər.
Sənədlər uşaqlar üçün düzgün və balanslı qidalanmanın müasir prinsipləri nəzərə alınmaqla hazırlanıb. Eyni zamanda, məhsulların təhlükəsizliyinə, onların saxlanmasına və hazırlanma şərtlərinə xüsusi diqqət yetirilir.
Süleyman












































