Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fidan Qətər və Siriyadan olan həmkarları ilə Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

Fidan Qətər və Siriyadan olan həmkarları ilə Hörmüz boğazındakı vəziyyəti müzakirə edib


Türkiyənin xarici işlər naziri Hakan Fidanla Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani və Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani arasında telefon danışığı olub.

Newscenter-az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumata görə, nazir Fidanın qətərli həmkarı ilə söhbəti zamanı Hörmüz boğazındakı vəziyyət müzakirə olunub.

Nazir Fidan Suriyanın xarici işlər naziri Şeybani ilə söhbətində regionda cərəyan edən son proseslər ətrafında fikir mübadiləsi aparıb. Hər iki telefon danışığı zamanı tərəflər Yaxın Şərqdə sülh və sabitliyin bərpa edilməsinin vacibliyini vurğulayıblar.

Süleyman

Xəbəri paylaş