Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kreml nə demək istəyir?

Kreml nə demək istəyir?


Rusiyanın informasiya və media vasitələrində ölkəmizə, Azərbaycan dövlətinin başçısına qarşı iddialarla dəfərlərlə qarşılaşmışıq.
Ələlxüsus da, Ukrayna ilə müharibədə ədalətli mövqe tutan, beynəlxalq hüququn təmin edilməsində qətiyyət nümayiş etdirən ölkəmizə qarşı Kremlin qıcıqdoğurucu reaksiyalarına tez-tez təsadüf olunur.
Son bir həftə ərzində isə “Çastota ponimaniya”, “Sputnik”, “YouTube”, “Moskva 24”, “Spas” və digər platformalarda təxribat, təhqir və təhdid xarakterli açıqlamaların artması onu göstərir ki, rusiyalı “ekspertlər” həddini aşır, açıq media dələduzluğu edirlər.
Bu “tv-layihələr”də Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi qəbuledilməzdir.
Bu cür açıqlamalar çox qorxuludur və hesab edirəm ki, birbaşa dövlətlərarası əlaqələri pozmağa yönəlib.
Bu, Rusiya ilə Azərbaycan arasında normal qonşuluq münasibətlərinə ciddi xələl gətirir.
İki xalq arasında düşmənçilik toxumu səpir.
Ona görə də, Rusiya hökuməti özü həmin şəxslər haqqında dərhal təcili tədbirlər görməlidir.
Artıq Azərbaycan tərəfi – Baş Prokurorluq həmin şəxslərin bəzisi barəsində cinayət işi başlayaraq həbs qərarı çıxarıb, onları beynəlxalq axtarışa verib.
Bu gün Xarici İşlər Nazirliyinə çağırılan Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovun diqqətinə də bu məsələ çox ciddi şəkildə çatdırıldı.
Əminəm ki, Moskvada Azərbaycanın bu xəbərdarlığından sonra iki xalqı üz-üzə qoymağa çalışan digər şəxslər haqqında zəruri ölçü götürüləcək, onların çirkin fəaliyyəti dayandırılacaq.
Əks halda bundan Rusiya tərəfi özü zərər görəcək.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş