
Hacıqabul şəhərində 19 yaşlı qadın qətlə yetirilib, şübhəli qismində qardaşı saxlanılıb.
Newscenter.az xəbər verir ki, "Report'un Aran bürosunun məlumatına görə, hadisə İsmət Qayıbov küçəsində qeydə alınıb.
Hacıqabul şəhər sakini, 2017-ci il təvəllüdlü Qocayeva Zeynəb Cəlal qızı minik avtomobilində bıçaqla qətlə yetirilib.
Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Qadının qətlində qardaşı şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.











































