Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moskva Azərbaycanın tam geosiyasi müstəqilləşməsini həzm edə bilmir

Moskva Azərbaycanın tam geosiyasi müstəqilləşməsini həzm edə bilmir


"Moskva hər zaman olduğu kimi, indi də ikili davranış sərgiləyir və bu ikili davranış zaman-zaman postsovet məkanına daxil olan, bütün ölkələrə qarşı tətbiq edilib. Bir tərəfdən Azərbaycanla münasibətlərin normallaşması, iqtisadi və nəqliyyat əməkdaşlığının genişləndirilməsi barədə mesajlar verir, digər tərəfdən isə Rusiyanın informasiya məkanında Azərbaycan əleyhinə sərt kampaniya aparılır. Məhz bu qeyri-sabit siyasətin nəticəsidir ki, Rusiya bu gün dost ölkə üzünə həsrət qalıb".

Bunları Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. Onun sözlərinə görə, hazırda baş verənlər belədir ki, Azərbaycan XİN, Rusiya səfirini çağıraraq Rusiyanın media məkanında Azərbaycan, Azərbaycan xalqı və rəhbərliyinə qarşı təhqiramiz və təxribat xarakterli bəyanatlara görə rəsmi etiraz edib:

"Eyni zamanda Azərbaycan üç rusiyalı media siması barəsində terrora açıq çağırış ittihamı ilə cinayət işi və axtarış qərarları verib. Artıq bu vəziyyət iki ölkə arasında diplomatik problemə çevrilib. Burada ən diqqət çəkən məqam isə ondan ibarətdir ki, bütün bunlar Rusiyanın Azərbaycanla münasibətlərinin normallaşdığını elan etdiyi bir vaxtda baş verir və bu ilin iyul ayında prezident İlham Əliyev münasibətlərin tam normallaşdığını bildirmişdi və məhz Rusiya mediasına bu xəbər belə də təqdim edilmişdir. Kremlin Azərbaycanla diplomatik xəttində, Rusiya -Azərbaycan münasibətlərinin yaxşılaşdırılması istiqamətində ehtimallar yüksəlmədə idi. Doğrudur, Rusiya mediasının bir hissəsi demək olar ki, bütün zamanlarda Azərbaycana qarşı təzyiq dili ilə danışıb. Əslində bu da təsadüfi deyil və heç də bu ölkədə demokratiyanın təzahürundən qaynaqlanmır. Burda məsələ birmənalı olaraq bir neçə motiv əsasında həyata keçirilir və ən başlıca səbəb Moskva Azərbaycanın tam geosiyasi müstəqilləşməsini həzm edə bilmir. Hər fürsətdə buna mane olmağa cəhd edir".

Çingiz Şahbazi qeyd edib ki, Azərbaycan artıq Moskvanın əvvəlki kimi dominant təsir göstərə bildiyi postsovet ölkəsi deyil:

"Bakının Türkiyə kimi böyük müttəfiqi var və eyni zamanda Avropa, ABŞ, Mərkəzi Asiya və digər böyük aktorlarla münasibətlərini qurub, inkişaf etdirir. Xüsusilə Türkiyə-Azərbaycan strateji əlaqələri, Orta Dəhliz və Avropanın müxtəlif ölkələrinə enerji ixracı və Cənubi Qafqazın yeni nəqliyyat arxitekturası Moskvanın regiondakı əvvəlki monopoliyasını sıradan çıxardı. Bu baxımdan hazırda baş verənlər, Moskvanın Azərbaycanı əvvəlki kimi özündən asılı vəziyyətə salmaq məqsədi daşımaya bilər, amma, məqsəd heç şübhəsiz ki, Azərbaycanın Rusiyadan tamamilə müstəqil regional güc mərkəzinə çevrilməsini mümkün qədər əngəlləmək və zəiflətməkdir".

Süleyman
Xəbəri paylaş