
"Rusiyanın şovinist dairələrinin media ruporları vasitəsilə Azərbaycana qarşı yeni təhdid və təhqir kampaniyasına başlaması ölkə daxilindəki ümumi ab-havanın anormal dərəcədə kritik hala gəldiyini göstərir. Rusiya artıq sağlam düşüncəni itirir".
Bunları Newscenter-az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. Onun sözlərinə görə, Ukraynanın Rusiyanın daxilinə yönəlik dron və raket hücumları rusların psixi durumunu pozub:
"İlk gündən işğalçılıq kimi dəyərləndirilən Ukraynaya hücum rusların nəzərində haqlı səbəblərdən baş verdiyi üçün bu işğal hərəkətinin öz adı ilə çağırılması onları qəzəbləndirir və dəliyə döndərir. Azərbaycan rəhbəri necə olur ki, Rusiyadan çəkinmədən Ukraynaya işğala barışmadan sona kimi müharibəni davam etdirməyi məsləhət görür? Göründüyü kimi Rusiyanın televiziya kanallarındakı xəstələr dəlixana palatası ilə studiyanı səhv salıb, hamısı özlərini qəhrəman, hərşeyəqadir Napoleon hesab edirlər. Bu xəstələrin bədən temperaturu Ukraynanın vurduğu neft emalı zavodlarının yanğınından o qədər qızmış olmalıdır ki, ağına -bozuna baxmadan hər tərəfə xəstə təfəkkür dolu infeksiya yayırlar. Bunların dərmanı Ukraynanın əlindədir".
Azər Qasımov qeyd edib ki, Azərbaycan tərəfi ancaq bunlara quduzluq peyvəndi vurdurmağı məsləhət görə bilər:
"Bir az da ağıl duası. Rusların cadugərləri bu işdə mahirdirlər. Hesab edirəm ki, Rusiya kimi böyük ərazi ruslara dar gəlir. İstəyirlər ki, bütün ətrafına etdikləri pisliklərə görə hamı birləşib, onlara lazımi cavabı versinlər. Ərazinin böyük olması onu idarə edənlərin ağlının çoxluğuna dəlalət eləmir".
Süleyman










































