
Qərbi Alyaskada qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.
Newscenter.az xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi ABŞ Alyaska Komandanlığına istinadən məlumat verib,
Xəbər verildiyi kimi, iki pilot və altı sərnişinin olduğu təyyarə Ankoricdən havaya qalxaraq Keyp Nyunhem yaxınlığında qəzaya uğramışdı.
Hadisə yerində axtarış tədbirləri davam edir. Qəzanın səbəbləri və digər təfərrüatlar araşdırılır.
Anar











































