
Türkiyə Milli Müdafiə Nazirliyi İsrailin Suriyadakı bazaya endirdiyi zərbə ilə açıqlama yayıb.
Newscenter.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, İsrailin 18 avqustda İdlibdəki Əbu Duhur hava bazasına hücumu Suriyanın sabitliyini və bütövlüyünü sarsıtmaq məqsədi daşıyır. Nazirlik bəyan edib ki, Türkiyə qonşusuna suverenliyini qorumaqda kömək etməyə davam edəcək.
"İsrailin Əbu Duhur hava bazasına hücumu Suriyanın sabitliyini, təhlükəsizliyini, birliyini və bütövlüyünü, eləcə də infrastrukturunu sarsıtmaq məqsədi daşıyan bir hərəkətdir. Suriyada və regionda sülh və sabitliyi təmin etmək üçün İsrailin bu cür ehtiyatsız hücumları dayandırması və beynəlxalq hüquqa riayət etməsi vacibdir. Biz Suriyanın vahid ordu prinsipi çərçivəsində öz infrastrukturunu və hərbi potensialını qurmaq səylərini dəstəkləməyə davam edəcəyik", - deyə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Nazirlik hesab edir ki, regionun gələcəyi birtərəfli güc tətbiqi üzərində deyil, beynəlxalq hüquqa, suverenliyə və dövlətlərin ərazi bütövlüyünə hörmətə əsaslanan təhlükəsizlik modelinə əsaslanmalıdır.
Türkiyə Milli Müdafiə Nazirliyi beynəlxalq ictimaiyyəti regional sülh və sabitliyə təhdid edən İsrail hərəkətlərinə qarşı konkret və təsirli tədbirlər görməyə çağırıb.
Süleyman












































