
Türkiyənin paytaxtı Ankara şəhərində fəaliyyət göstərən əyləncə məkanlarına qarşı əməliyyat keçirilib.
Newscenter.az xəbər verir ki, bu barədə ədliyyə Naziri Akın Gürlek məlumat verib. Nazir bildirib paytaxtın dincliyini, təhlükəsizliyini və sosial asayişini pozan, qadınların çarəsizliyindən istifadə edən və insan alveri, fahişəlik yolu ilə qanunsuz qazanc əldə edən məkanlara qarşı bundan sonra da sərt tədbirlərin davam edəcəyini deyib.
"Ankara Baş Prokurorluğu tərəfindən aparılan iki ayrı araşdırma çərçivəsində Ankara Vilayət Polis İdarəsinin İctimai Asayiş və Qaçaqmalçılıq Bölmələri ilə koordinasiyalı şəkildə əhəmiyyətli işlər görülüb. Etimesgut bölgəsində gündəlik kirayə evlərin fahişəlik üçün istifadəsi ilə bağlı araşdırmada 50 ayrı hadisə müəyyən edilib, 29 qadın qurban və 21 şübhəli müəyyən edilib. Həyata keçirilən əməliyyatlarda 18 şübhəli tutulub, onlardan 6-sı həbs edilib və 4-ü haqqında məhkəmə nəzarəti qərarı verilib. Digər şübhəlilərə qarşı məhkəmə prosesi davam edir. Çankaya bölgəsində fəaliyyət göstərən 5 əyləncə məkanını hədəf alan araşdırmada insan alveri, miqrant qaçaqmalçılığı və fahişəliyə təhrik, asanlaşdırma və ya yer təmin etmə cinayətləri çərçivəsində 28 şübhəli haqqında məhkəmə prosesi başlayıb. 26 şübhəli tutulub, 15 əcnəbi qadın və qanuni yaşayış hüququ olmayan 3 nəfər müəyyən edilib",-deyə nazir bildirib.
Süleyman












































