Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Pərvanə Vəliyeva COP17 çərçivəsində keçiriləcək tədbirdə iştirak edəcək

Deputat Pərvanə Vəliyeva COP17 çərçivəsində keçiriləcək tədbirdə iştirak edəcək


Milli Məclisin deputatı Pərvanə Vəliyeva “Parlamentarilər üçün Qlobal Dəyişiklik Liderləri Akademiyası” proqramında iştirak etmək məqsədilə avqustun 22-də Monqolustanın paytaxtı Ulan-Bator şəhərinə səfər edəcək.

Newscenter.az xəbər verir ki, sözügedən proqram Ulan-Bator şəhərində keçiriləcək BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının (UNCCD) Tərəflər Konfransının 17-ci sessiyası (COP17) çərçivəsində təşkil olunacaq. Tədbirdə torpaq resurslarının bərpası, mühafizəsi və davamlı idarə olunması, bu sahədə beynəlxalq əməkdaşlığın təşviqi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Səfər avqustun 29-da başa çatacaq.

Süleyman
Xəbəri paylaş