Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fars körfəzi ölkələri ilə İranın görüşü təxirə salınıb

Fars körfəzi ölkələri ilə İranın görüşü təxirə salınıb


Fars körfəzi ölkələri və İran xarici işlər nazirlərinin görüşü təxirə salınıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, görüşün təxirə salınması ilə bağlı razılıq Tehran və Məsqət arasında aparılan məsləhətləşmədən sonra əldə edilib. Məsələ ilə bağlı İran Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, bölgədəki bəzi ölkələr görüşün tədbirin təxirə salınmasını istəyiblər. Görüşün yeni tarixi hələlik müəyyən edilməyib.

Körfəz ölkələri və İran XİN arasında görüşün 14 sentyabrda Omanda keçirilməsi planlaşdırılırdı. 11 sentyabrda İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqaei ölkəsinin həmin görüşdə iştirakını təsdiqləmişdi. O bildirmişdi ki, regional məsələlərlə yanaşı, görüşdə Hörmüz boğazında kommersiya gəmiçiliyi üçün təhlükəsiz marşrutların yaradılması ilə bağlı İran-Oman danışıqlarının nəticələri də müzakirə olunacaq.

Qeyd edək ki, Hörmüz boğazında gəmiçilik 28 fevraldan bəri davam edən ABŞ-İran münaqişəsi səbəbindən bloklanıb.

Anar
Xəbəri paylaş