
Federal Ehtiyat Sistemi (FED) əsas faiz dərəcəsini aşağı salmasa, ABŞ müəyyən ölkələrlə ticarəti dayandıracaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. O, bu fikirləri İrlandiyadan ABŞ-a yola düşməzdən əvvəl jurnalistlərə verdiyi açıqlamada səsləndirib.
"Bunu müəyyən ölkələrlə bağlı edəcəyəm. Başqa seçimim yoxdur. Digər ölkələrlə ticarət kəsirimiz ola bilməz",-deyə Ağ Ev rəhbəri vurğulayıb.
Sentyabrın əvvəlində də Tramp bildirmişdi ki, Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini aşağı salmasa, ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər. Qurum iyulun sonunda baza faiz dərəcəsini 3,5-3,75% səviyyəsində saxlayıb. FED-in faiz dərəcəsi ilə bağlı növbəti iclası 15-16 sentyabrda keçiriləcək.
Anar











































