
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən həyata keçirilən işə qəbul prosesləri çərçivəsində sabah şəhid, veteran və veteran qohumlarından 571 nəfər dövlət vəzifələrinə təyin olunacaq.
Newscenter.az nazirliyə istinadən bildirir ki, bununla da dövlət sektorunda çalışan şəhid, veteran və veteran qohumlarının ümumi sayı 53.179-a çatacaq.
Nazirlikdən bildirilib ki, veteranların və şəhid qohumlarının iqtisadi və sosial həyatını dəstəkləmək üçün məşğulluq, nəqliyyat, səhiyyə, təhsil və mənzil kimi bir çox sahələrdə işlər görülür.
Qeyd edək ki, məşğulluq hüququ şəhidlərin iki qohumuna və veteranların özlərinə və ya hüququndan imtina etdikləri təqdirdə bir qohumuna dövlət sektorunda işləməyə imkan verir.
1995-ci ildən 2002-ci ilə qədər bu hüquq vasitəsilə şəhidlərin, veteranların və veteranların qohumlarından 6.315 nəfər təyin edilib və bu günə qədər bu rəqəm 52.608-ə çatıb.
Süleyman












































