Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQEM-in Baş katibi Azərbaycanın səfiri ilə təşkilatın nailiyyətlərini müzakirə edib

AQEM-in Baş katibi Azərbaycanın səfiri ilə təşkilatın nailiyyətlərini müzakirə edib


Аsiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Azərbaycanın Qazaxıstandakı yeni səfiri Əlimirzamin Əskərovla görüş keçirib.

Newscenter.az Report-a istinadən xəbər verir ki, bu barədə Sarıbay "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Görüş zamanı tərəflər Bakıdakı sammit ərəfəsində Azərbaycanın sədrliyi ilə AQEM-in nailiyyətlərini müzakirə ediblər.

"Azərbaycanın Qazaxıstandakı yeni səfiri Əlimirzamin Əskərovu AQEM-in mənzil-qərargahında salamlamaqdan şadam. Bakıdakı sammit ərəfəsində Azərbaycanın sədrliyi ilə AQEM-in nailiyyətlərini müzakirə etdik. AQEM Katibliyinin Astanadakı diplomatik korpusla qarşılıqlı fəaliyyətində Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyini yüksək qiymətləndiririk", - Baş katib yazıb.

Qeyd edək ki, oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammiti keçiriləcək.
Xəbəri paylaş