
Özbəkistan məktəblərində dərsə dəvamuiyyət süni intelekt vasitəsilə yoxlanılır.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, ilk olaraq pilot layihə kimi paytaxt Daşkənddə bu sistem tətbiq edilib. Belə ki, Daşkənddə şagirdlərin davamiyyətini izləyən “SI Davomat” sisteminin tətbiqinə başlanılıb.
Qeyd olunur ki, sistem şagirdlərin dərslərdə davamiyyətini qeyd etmək üçün ağıllı kameralardan və Face ID texnologiyasından istifadə edir. Hazırda “SI Davomat” Sergeli rayonundakı 26 məktəbdə sınaqdan keçirilir. Bu məktəblərdə ümumilikdə 446 ağıllı kamera quraşdırılıb.
Şagird üzrlü səbəb olmadan dərs buraxarsa, valideynlərinə SMS bildiriş göndəriləcək. Bu barədə məlumat avtomatik olaraq məktəb direktoruna, profilaktik müfəttişinə, Milli Qvardiya zabitinə və məhəllə nümayəndələrinə də göndəriləcək.
Həmçinin, məktəblərin dərsə davamiyyət göstəricilərinə əsasən “yaşıl”, “sarı” və “qırmızı” kateqoriyalara təsnif edilməsi planlaşdırılır. Təhlilin nəticələrindən təhsilin keyfiyyətini artırmaq, müəllimləri və şagirdləri motivasiya etmək və müvafiq tədbirləri müəyyən etmək üçün istifadə edilməsi planlaşdırılır.
Süleyman












































