Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 25-də Şəki, Oğuz, Qəbələ şəhər və rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Newscenter.az xəbər verir ki, qəbul saat 11:00-da Şəki şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Şəki şəhəri, Heydər Əliyev pr. 216) keçiriləcəkdir.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (024) 244 36 21, (070) 663 22 33, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.
Süleyman