Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tanzaniya prezidenti Türkiyəyə gəlir

Tanzaniya prezidenti Türkiyəyə gəlir


Tanzaniya prezidenti Samia Suluhu Həsəni rəsmi səfərlə Türkiyəyə gəlir.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan həmkarını rəsmi mərasimlə qarşılayacaq.

Qarşılanma mərasimindən sonra iki ölkə liderinin ikitərəfli və heyətlərarası görüşləri keçiriləcək. Danışıqlardan sonra prezidentlər mətbuat konfransı keçirəcəklər. Görüşlərin nəticəsi olaraq iki ölkə arasında müxtəlif müqavilələrin imzalanması nəzərdə tutulub.

Görüşlərdə Türkiyə ilə Tanzaniya arasında əlaqələrin bütün aspektləri müzakirə olunacaq və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar nəzərdən keçiriləcək, aktual qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Anar Əliyev
Xəbəri paylaş