Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyevin siyasi iradəsi və uğurlu diplomatik fəaliyyətinin təcəssümü

Prezident İlham Əliyevin siyasi iradəsi və uğurlu diplomatik fəaliyyətinin təcəssümü


Aprelin 19-da Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoriyanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın səkkizinci görüşündə anklav olmayan dörd kəndin geri qaytarılması ilə bağlı razılığın əldə olunması, bölgədə qalıcı sülhün əldə olunması istiqamətində ümidləri artırır.

Hadisələrin bu istiqamətdə inkişaf etməsi interkontinental əhəmiyyətə malik olan Zəngəzur dəhlizi layihəsi, tərəflər arasında çərçivə sazişi və digər həll edilməyən məsələrlə bağlı işləri sürətləndirəcək. Bütün bu siyasi proseslər isə Cənubi Qafqazda yeni dövrün başladığının işarəsidir.Təbii ki, hadisələrin inkişaf perspektivində rəsmi Bakının prinsipial mövqe sərgiləməsi və qarşı tərəfi sülhə məcbur etmə gedişləri həll edici oldu.

Çünki, regionda maraqları olan dövlətlər Vətən müharibəsinin ardınca hər vəclə iki ölkə arasında münaqişəli vəziyyətin davamı üçün ciddi səylə çalışır və Ermənistandan ölkəmiz əlehinə plasdarm kimi istifadəyə can atırlar. Biz, Fransa dövlətinin simasında Azərbaycan-Ermənistan münasibətləri fonunda dəfələrlə anti-Azərbaycan çağırışlarının şahidi olduq və bu tendensiya bu gündə davam etməkdədir. Lakin ölkə başçısı, cənab İlham Əliyevin liderlik etdiyi Azərbaycan diplomatiyası dövlətimiz əlehinə formalaşdırılmağa çalışılan şər ittifaqlarını çox məharətlə məğlub etməyi bacarır. Son bir neçə gündə yaşanan hadisələr, Rusiya sülhməramlıların ölkə ərazisindən çıxarılması və ardınca dörd kəndin geri qaytarılması Cənubi Qafqazda Azərbaycan reallığının sübutudur.

Pərviz Mirizadə-AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi

Newscenter.az üçün
Xəbəri paylaş