Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qobustanda narkotiklərlə əlaqəli 2 nəfər saxlanılıb

Qobustanda narkotiklərlə əlaqəli 2 nəfər saxlanılıb


Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuşlar – Elşən Əsgərov və Füzuli Tağıyev saxlanılıb.

Bu barədə Newscenter.az--a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, F.Tağıyevdən marixuana, E.Əsgərovdan isə metamfetamin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş