![İlham Əliyev MN-in hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb](/uploads/posts/2024-06/1719342847_c5b33888-51ee-328f-9f1b-2f4616eaf748_850-2.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Newscenter.az xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
“general-leytenant” hərbi rütbəsi
general-mayor Namiq Sərəfruz oğlu İslamzadəyə
“general-mayor” hərbi rütbəsi
polkovnik Həsən Əli oğlu Əlövsədova
polkovnik Vilayət Bərxuda oğlu Quluyevə".
Sevinc Mehdiyeva