Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran seçkilərinin böyük tarixi əhəmiyyəti var

İran seçkilərinin böyük tarixi əhəmiyyəti var


İranda keçirilən prezident seçkiləri təkcə İslam Respublikasının yaxın deyil, eləcə də uzaq qonşuları tərəfindən diqqətlə izlənilir. Bu seçkilərin İranın siyasi həyatında mühüm rol oynayacağına dair müxtəlif fikirlər səslənir.

Newscenter.az-ın xəbərinə görə, tarixçi Rəfail Emonov deyib ki, İran prezident (baş nazir) seçkilərinin böyük tarixi əhəmiyyəti var:

"Əgər milliyyətcə türk olan, azərbaycanlı olan Pezaşkian seçilməzsə daha heç kim İranda milliyyətçilik və s məsələrdən yazmasın. Milli təsübkeşlik duyğuları həqiqətəndə güclüdürsə və həqiqətəndə İranda 40 milyon türk azərbaycanlı varsa onlar hakim ideologiyalarının sadiq üzvü belə olsa da ona səs verməlidir. Və həqiqətən onlar orada çoxluqdursa bu namizəd elə birinci turda da qalib gələcək".

O bildirib ki, azərbaycanlı türk orada prezident olsada əsaslı heç zad münasibətlərimizdə dəyişməyəcək:

"Çünki oraların hakimi Xamneidir! Sadəcə iqtisadi və mədəni əlaqələrdə inkişaf ola bilər. Pis o ola bilər ki, Xamneinin şubiyyə təşkilatları, bu amildən, Azərbaycan Respublikasına qarşı ekspansiya məqsədli siyasətini həyata keçirilməsində "kozur" kimi istifadə edə bilər!

Ona görə də biz görünüşdə baş verəcək hadisələrin mahiyyətini anlayaraq siyasi şüurumuzu inkişaf etdirəcək təhlilləri daha çox oxumalıyıq".

Anar Əliyev
Xəbəri paylaş