![Sumqayıtda 7-ci mərtəbədən yıxılan uşaq ölüb](/uploads/posts/2024-07/tecili-yardim-77.jpg)
Sumqayıt şəhərində hündürlükdən yıxılan uşaq ölüb.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən çoxmərtəbəli binaların birində qeydə alınıb.
2019-cu il təvəllüdlü Kənan Fuad oğlu Həsənov 7-ci mərtəbədən yıxılıb. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.